Bakının Binəqədi rayonunda oğurluq olub.
Yanvarın 30-da Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə rayon ərazisindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Polis əməkdaşları müvafiq tədbirlər həyata keçirib və ötən il noyabrın 16-dan bu il yanvarın 27-dək olan müddətdə həmin mənzildəki seyfdən 57700 ABŞ dollarının oğurlandığı məlum olub.
Araşdırmalar zamanı pulu ev sahibinin arvadının oğurladığına əsaslı şübhələr yarandığından polis əməkdaşları qadını saxlayıb.
Əməliyyat tədbirləri ilə qadının oğurluq pulu tanışı olan bir nəfərə verdiyi müəyyən edilib və həmin şəxs də saxlanılıb. Məlum olub ki, həmin kişi qadının sevgilisidir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi başlanıb.
: teleqraf.com
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub