Bakıda bəzi “Ayıq sürücü” xidməti göstərən şirkətlər Dövlət Yol Polisi əməkdaşları ilə əlbir olub sürücülərə qarşı hiylə işlədirlər.
Mynews.az xəbər verir ki, bu barədə oxu.az-a xidmətdən istifadə edən sürücülərdən məlumat daxil olub.
Onlar iddia edirlər ki, vətəndaşlar sərxoş olan zamanı “Ayıq sürücü” xidmətindən istifadə edirlər. Xidmət göstərən sürücünü yol polisi izləyir. “Ayıq sürücü” avtomobili sahibi ilə birgə yaşadığı əraziyə aparır. Daha sonra qeyd edir ki, avtomobili yalnız məhəlləyə qədər aparmaq mənim borcumdur, parkinqi özünüz edin, yaxud “tələsirəm” deyərək ərazidən uzaqlaşır.
Bu mənzərəni DYP əməkdaşı izləyir. Ayıq sürücü ərazidən uzaqlaşandan sonra sürücü avtomobilə əyləşir, bu zaman yol polisi ona yaxınlaşır. Sərxoş olub-olmamasını müəyyənləşdirir. Nəticədə sürücü sərt cəzalandırılır.
Oxşar hadisəni qeydə alaraq redaksiyamıza yollayıblar.
Kadrlara baxanda məlum olur ki, yol-patrul xidmətinin əməkdaşları məhəllədə avtomobili izləyirlər, hətta onlar gözə çarpmamaq üçün avtomobilin işıqlarını yandırmırlar. Ayıq sürücü maşını tərk edəndən sonra polis avtomobili hadisə yerinə gəlir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub