Hər gün dünya mütəxəsisləri daha da yeni və təkmilləşmiş proqramla milyonlarla internet istifadəçilərinin işinin asanlaşdırılmasına töhfə verirlər. Lakin hazırlanan proqramlar bəzən zərərverici nəticələr verir. Belə proqramlardan biri də "GetContact" adlanır. Belə ki, hazırlanan bu yeni proqram vasitəsilə abonentlərə zəng edən naməlum şəxslərin kimliyi müəyyən edilir. Bu isə heç də xoşagəlməz hadisələrin yaşanmasına səbəb ola bilər.
Sonxeber.az bildirir ki, məsələ ilə bağlı big.Az-a danışan "BiG GrouP" şirkətinin rəhbəri və təsisçisi, iş adamı Emil Əkbərov bildirib ki, "GetContact" proqramı nömrə bilindikdə problem yarada bilir: "Yəni mənim nömrəm kimdə varsa, yazan kimi adım çıxacaq. Əgər kimsə nömrənin onun adına olduğunu bilinməyini istəmirsə, bu, onlar üçün yaxşı bir hall deyil. Bu proqram vasitəsi ilə tanışlarımızın telefon kitabçalarında nömrələrimizin hansı adla qeyd olunduğunu bilirik. Bir neçə ildir ki, bu proqram mövcuddur. Mail deyilən spam var idi. Bu gün də bu proqramı mobil telefonlara tətbiq edilir".
Emil Əkbərov onu da qeyd edib ki, "GetContact" proqramının insanlara müsbət təsiri də var: "Çünki heç kəs daha kiməsə gizli zəng edib təhqir edə bilməyəcək. Əslində bu proqram Azərbaycandakı mobil operatorların işini asanlaşdıracaq. O vaxtlar cinayət işinə görə 102-yə müraciət edirdilər. Bu proqrama təhlükəsizlik pozuntusu kimi baxmıram. Əksinə insanlar gizli nömrə ilə zəng edib, kimisə hədələyə bilməycəklər. Gizlənmirəmsə istənilən insanın telefonunda mənim adımın çıxmağı problem deyil".
Vəkil Əsabəli Mustafayev vurğulayıb ki, məlumatların götürülməsi cinayət məsuliyyəti yarada bilər: "Mobil operatorun özü məsələ qaldırsa ki, məlumat bazasına icazəsiz daxil olublar. Bundan əlavə xakerlik əlaməti varsa qanunsuzluq hesab edilə bilər. Zərər yoxdursa məlumatların yayılması cinayət əməli hesab olunmur. İnformasiya və şəxsi məlumatların qorunması haqqında qanun var. O qanunlarda qeyd edilir ki, açıq və icazəli məlumatlar var. Açıq məlumatlara ad, soyad daxildir. Əgər nömrəsi çıxan şəxs maddi, mənəvi zərər çəkirsə şikayət edə bilər".