Rusiyanın Kalininqrad şəhərində futbol üzrə 2018-ci il Dünya Çempionatı üçün tikilən stadiona Beynəlxalq Futbol Federasiyası (FİFA) irad bildirib.
Sosial şəbəkələrdə yayılan sənədə əsasən FİFA müfəttişləri stadionun prezidentlər v digər VİP-qonaqlar üçün nəzərdə tutulmuş tualetindən narazı qalıblar. Bu stadionu azərbaycanlı oliqarx Araz Ağalarovun "Crocus Group” şirkəti inşa edir.
Bildirilir ki, müfəttişləri stadiondakı VVİP (very-VİP) tipli tualetlərin təmir üslubu qane etməyib. Belə tualetlər xüsusi olaraq səfirliklərin nümayəndələrinin, hökumət üzvlərinin və FİFA prezidenti Canni İnfantinonun istifadəsi üçün nəzərdə tutulur.
Məlumata görə müfəttişlər tualetlərin onların gözləntilərinə cavab vermədiyini, tualetdən çox ofis mərkəzini xatırlatdığını bildiriblər və məruzə tərtib ediblər. Rusiua nümayəndələri nöqsanları aradan qaldıracaqlarına vəd veriblər.
Kalininqrad hökuməti rəsmiləri isə belə məruzənin hazırlanması barədə deyilənləri təkzib edir.
///Virtualaz.org
1
"TikTok"da özünü hüquqşünas kimi təqdim edən şəxs həbs olundu
1166 dəfə oxunub
2
Sabah su kəsiləcək - Bu ərazilərdə
1162 dəfə oxunub
3
Bu imtahanın nəticələri açıqlandı - RƏSMİ
1133 dəfə oxunub
4
"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
1132 dəfə oxunub
5
Bu ərazilərə metro çəkiləcək - ÜNVANLAR AÇIQLANDI
1089 dəfə oxunub