Fevralın 1-də Jitomirdə keçirilən xüsusi əməliyyat zamanı yerli sahibkarın qətlində şübhəli bilinən Azərbaycanın 31 yaşlı vətəndaşı saxlanılmışdı.
Mynews.az virtualaz.org-a istinadən bildirir ki, tutularkən onun üstündən silah tapılmışdı.
Cinayətkar il yarım idi ki, beynəlxalq axtarışda hesab edilirdi. Jitomir polisinin ərazi kommunikasiyası üzrə bölməsinin xəbərinə görə, azərbaycanlı Ukraynaya qeyri-leqal yolla gəlib. Cümə və şənbə günləri (2-3 fevral) polislər müvafiq tədbirin elan edilməsi üçün şübhəli şəxsi məhkəməyə gətiriblər. Ancaq heç bir iclas olmayıb.

Birinci dəfə - vəkillər tərəfindən tərcüməçiyə ehtiyac olması ilə bağlı verilən bildirişə görə. Demə, Azərbaycan vətəndaşı nə rus, nə də Ukrayna dilini bilmirmiş... İkinci dəfə isə hakim olmadığına görə.
Qanunvericiliyə əsasən, qətimkan tədbirinin elanının proseduru üçün nəzərdə tutulmuş müddət - 48 saat bu gün, fevralın 3-ü axşam bitəcək. Belə məhkəmə presedentləri Jitomirdə əvvəllər də baş verib: polis cinayətkarı tutub, amma məhkəmə onu buraxıb.
Qeyd edək, 23 may 2016-cı ildə Jitomir bazarlarından birində kafedə nahar zamanı 29 yaşlı sahibkarı güllələmişdilər. Polis cinayətə aidiyyəti olanların şəxsiyyətini müəyyən etmişdi. Qəsdən adam öldürmədə şübhəli bilindiyinə görə barəsində qiyabi həbs qərarı çıxarılan Azərbaycan vətəndaşı o vaxtdan beynəlxalq axtarışa verilmişdi...
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub