Güclü qar Moskvada həyatı iflic etdi
Dörd gündən çoxdur ki, aramsız yağan qar Rusiya paytaxtında həyatı iflic edib.
Mynews.az APA-ya istinadən xəbər verir ki, təkcə ötən həftənin istirahət günləri paytaxta aylıq normanın 100 faizi qədər yağıntı düşüb. Sinoptiklər bildirir ki, belə güclü qar yüz ildə bir dəfə olur.
Güclü qar paytaxt yollarında hərəkətin məhdudlaşmasına səbəb olub. Yolları təmizləmək üçün cəlb olunan texnika çarəsiz qalıb. Mərkəzi küçələrlə yanaşı, Moskva Dairəvi Avtomobil Yolunda (MKAD) uzunluğu kilometrlərlə olan tıxaclar yaranıb. Hərəkətin intensiv müşahidə olunduğu Üçüncü Dairəvi Yol və MKAD-da qarın hündürlüyü 20 sm-ə çatıb.
Yaşayış binalarının olduğu ara küçələrdə də vəziyyət bərbaddır. Səkilərdə hündürlü 1-1,5 metrə qədər olan qar qalaqlanıb.
Ekspertlər yolların təmizlənməməsinin səbəbi kimi paytaxtda miqrantların sayının azlığını göstərirlər. Belə ki, indiyə qədər küçələri qardan Mərkəzi Asiya (Özbəkistan və Tacikistan) ölkələrindən olan miqrantlar təmizləyirdi. Rusiyada iqtisadi böhranın yaranmasından sonra həmin miqrantların bir çoxu ölkələrinə qayıdıb. Paytaxt meriyası küçələri təmizləmək üçün ucuz işçi qüvvəsi tapmaqda çətinlik çəkir.
Sinoptiklər qarın bu gün də davam edəcəyini, yağıntının şimal küləyi ilə müşayiət olunacağını və yolların buz bağlayacağını bildiriblər. Fövqəladə Hallar Nazirliyi isə əlverişsiz hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edib.
Moskva meri Sergey Sobyanin güclü qar səbəbindən məktəblərdə azad rejim elan edib.
Cəmiyyət
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı
- DYP-dən yağışlı havaya görə MÜRACİƏT
- Arvadını TikTok-da CANLIYA çıxardı: Kişilərin qadına dedikləri qarşısında ərin reaksiyası ŞOK ETDİ
- Onlayn dələduzluq əməlləri sürətlə yayılır - XƏBƏRDARLIQ - VİDEO
- Sabah Cəbrayıla ilk köç olacaq
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Siqaret kötüklərini yerə atanların nəzərinə! - cəriməsi 6 dəfə qalxdı 1039 dəfə oxunub
- 15 yaşlı qızı öldürən Kənan intihar edibmiş - Sevinc qətlə yetirilərkən hamilə olub 1039 dəfə oxunub
- 4-cü kurs tələbəsinin meyiti tapıldı 1024 dəfə oxunub
- Avtomobildən bayıra əşya atanlar cərimələnəcək 1005 dəfə oxunub
- Faciəvi şəkildə ölən İlahə tanınmış sənətçinin qızı imiş 1001 dəfə oxunub