Məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larla bağlı redaksiyamıza müraciət daxil olub.
Mynews.az xəbər verir ki, müraciətdə bildirilir ki, istifadə zamanı bu kartlarda qalıq pul qalır. Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.
Bakı Nəliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlə bağlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu qalığın qalmaması üçün sərnişinlər gediş haqqını əvvəlcədən planlaşdıraraq yükləməlidirlər. Gedəcəkləri marşurt xətti üzrə gediş haqqı 30 qəpikdirsə, o zaman 40 yox, 30 qəpik yüklənməlidir.
Yəni, məhdud istifadə üçün nəzərdə tutulan “BakıKart”larda qalan qalıq pullarla bağlı BNA heç bir məsuliyyət daşımır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub