Sosial şəbəkələr vasitəsilə yayılan viruslaradan yəqin ki, çoxlarınızın xəbəri var.
“Bunu oxuyun, 100 milyon qazanacaqsınız”, yaxud “Bura tıklayın, məlumat əldə edəcəksiniz” və s. başlığı ilə sosial şəbəkədə paylaşılan, yaxud da inboksa göndərilən bu kimi linklərə tıklamaq təhlükəli hesab edilir.
"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycanİnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, aldadıcı, şirnikləndirici mesaj başlıqları altında insanlara göndərilən proqramlar zərərvericidir:
“Şəkil və video formatda gönədrilən viruslar insanların şəxsi məlumatlarının ələ keçirilməsi və kompüterin sıradan çıxarılması üçün nəzərdə tutulur. Bunların bəziləri konkret kiməsə qarşı məqsədyönlü şəkildə edilir. Yaxud da müəyyən qrup, şəxslər tərəfindən həvəskar formada həyata keçirilir. Bu kimi viruslar müxtəlif məqsədlər üçün göndərilə bilər. Düşünürəm ki, aidiyyatı qurumlar bununla bağlı daim ayıq-sayıq olmalıdırlar. Vətəndaşlarımız şirnikləndirici, şübhəli proqramlara daxil olamamalı, gözləmədiyi şəxsdən gələn videolara tıklamamalı, elementar internet təhlükəsizlik qaydalarına əməl etməlidirlər”.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub