"Şəhərdə aparılan abadlıq-quruculuq işləri bu il də davam etdiriləcək. Cari ildə bununla bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.”
Xeberle.com-un məlumatına görə, bu sözləri Sumqayıtda 2017-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağında şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcov deyib. Hesabat yığıncağında vətəndaşların suallarını cavablandıran şəhər rəhbəri Z.Fərəcov Stansiya Sumqayıt sakinlərinin problemləri ilə yaxından tanış olduğunu bildirib. Bu problemlərin aradan qaldırılması üçün müvafiq göstərişlər verib.
Rəhbərlik etdiyi şəhərdə aparılan işlərdən söz açan Z.Fərəcov Sumqayıtda bir qisim problemlərin həlli istiqamətində atılacaq addımlardan da danışıb: "Stansiya Sumqayıt yaşayış massivində bir sıra işlər görülsə də, hələ də bəzi problemlər bizi narahat edir. Burada əsas problem yol infrastrukturudur. Bu il ərzində yaşayış massivinin yol məsələsinin həlli istiqamətində əməli tədbirlər həyata keçiriləcək.
Digər bir məsələ isə Hacı Zeynalabdin qəsəbəsində olan hündürmərtəbəli binalarla bağlıdır. Orada 60 hündürmərtəbəli bina var ki, onların da dam örtüyünün təmiri məsələsini bu il ərzində həll etməyə çalışacağıq''.
Şəhər rəhbəri Sumqayıt şəhər stadiounun acınacaqlı vəziyyətinə də toxunub və bu il arenada təmir işlərinin başlayacağını bildirib.