Cəmiyyətdə çoxuşaqlı ailələrə həmişə birmənalı münasibət olmayıb. Xüsusən ailə ehtiyac içərisində yaşayısa mütləq şəkidlə uşaqların çoxluğuna görə qınaqla qarşılanır.
Argentinanın Leones şəhərində yaşayan 17 yaşlı Pamela Villaruelin hekayəsi isə hər kəsi bir az heyrətləndirir. Bu qızın 17 yaşında 7 uşaq anasıdır – altı qızı, bir oğlu var.
Uşaqların atalarından heç biri ona maddi və mənəvi dəstək göstərmir. Bəli, səhv eşitmədiniz, ataları.
14 yaşında Pamela ilk uşağını dünyaya gətirdi. Uşağın atası ilə münasibətləri uzun sürmədi və əri Pamelanı qoyub getdi.
Çox keçmədən Pamela yenidən ailə qurdu və bu dəfə iki dəfə dalbadal əkiz qızlar dünyaya gətirdi. Beləliklə uşaqların sayı beşə çatdı. Bu nikah da uzun sürmədi, əri döydüyünə görə, Pamela ondan ayrıldı.
Uzun müddət yas tutmadan yeni sevgilərə qapı açan Pamela üçüncü sevgilisindən də əkizlər dünyaya gətirdi. Sevgilisi Pamela hələ hamiləykən aradan çıxdı və qız yenidən valideynlərinin ümidinə qaldı.
İndi yerli hakimiyyət orqanları çoxuşaqlı ana kimi Pamelaya ev və torpaq sahəsi verib. Onu qınayanlar da az deyil. Bu qədər sürətlə hamiləlik yaşamaqla o hələ çox gənc yaşlarında özünü böyük bir məsuliyyətin altında qoyub. Qadın uşaqlarını normal şəkildə böyüdə bilmək üçün əlindən gələni edir. Sona qədər iradəsi çatacaqmı? İrəlidə onu nələr gözləyir? Bu suallara isə zaman cavab verəcək.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub