Mynews.az xəbər verir ki, ölkə.az-a Binəqədi rayon prokurorluğundan verilən məlumatına görə, hadisə rayonun Biləcəri qəsəbəsində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Mübariz Şamil oğlu Əhmədov Rəşid İsmayılov küçəsində naməlum şəraitdə döyülüb. O, baş və boyun nahiyələrindən aldığı xəsarətlərlə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Ancaq xəsarətləri ağır olduğundan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.
Hazırda Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinin əməkdaşları M. əhmədovun kim tərəfindən döyülərək öldürlməsini araşdırır. Polisin verdiyi məlumata görə, M.Əhmədov Qarabağ müharibəsi əlilidir. Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub