Alpinistlərin axtarışı davam edir, amma axtarışlar hələ heç bir nəticə verməyib.
Mynews.az azxeber.com-a istinadən xəbər verir ki, bu barədə report-a Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışlarının getdiyi ərazidə yaradılan qərargahdan bildirilib.
Qeyd olunub ki, qərargah Mahmuddərə ərazisində yerləşir: "Ehtimal olunan hər yer axtarılır, axtarışlar üçün müxtəlif tərəflərə çıxılır. Təssüf ki, nəticə yoxdur. Heyətə gəlincə, gündəlik say dəyişir. Kimsə yorulur, xəstələnir, o çıxarılır, əvəzinə başqa adam salınır. Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə də axtarışlar davam etdirilir".
Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Quba rayonda dağlıq ərazidə "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatov, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadə itkin düşüb. Dekabrın 27-dən başlayan axtarış-xilasetmə əməliyyatı müddətində itkin düşmüş alpinistlərin hərəkət marşrutu üzrə ərazilər, həmçinin ehtimal olunan digər ərazilər yoxlanılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub