Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, 2005-ci ildə orada orta təhsilini başa vurub.
Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib.
2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.
19 iyun 2010-cu ildə, gecə saat 23:30 radələrində gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək erməni səngərinə hücum edib.
Düşməni ağır itkilərə məruz qoyan Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
19 iyun 2010-cu il tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında şəhid olub.
Düşmənlə aramsız danışıqlardan sonra onun meyitini geri almaq mümkün olub.
Ölümündən sonra M.İbrahimova Milli Qəhrəman adı verilib.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub