“Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsi hazırlandıqdan sonra baxılması üçün Nazirlər Kabinetinə göndərildi. Orada da müzakirələr zamanı sənədin iqtisadi, maliyyə əsaslandırılması məsələsi ortaya çıxdı.
Mynews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasında – “Əlil olan şəxslərin hüquqları haqqında” qanun layihəsinin ictimai dinləmələrində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, sənədin iqtisadi-maliyyə əsaslandırılması məsələsi isə Maliyyə Nazirliyi ilə birgə müzakirə olunduqdan sonra o, Prezident Administrasiyasının (PA) müvafiq şöbəsinə göndərildi:
“Artıq qanun layihəsi Prezidentin imzası ilə parlamentə daxil olub və onunla bağlı bir sıra fikirlər, iradlar səsləndirilib. Hesab edirəm ki, bu məsələdə şəxsi maraqlardan çıxış edib, məsələlərə yanaşmaq olmaz.
Yəni, qanun layihəsinin daha təkmil, daha effektli və işlək olması üçün şəxsi maraqlardan uzaq təkliflər səsləndirilsin. Bu zaman həmin təkliflər qanun layihəsinin bir daha təkmilləşdirilməsində nəzərə alınacaq”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub