Əmək Məcəlləsinə dəyişikliklər edilməsi nəzərdə tutulur.
Mynews.az xəbər verir ki, dəyişikliklərlə bağlı qanun layihəsi də parlamentin Əmək və sosial siyasət komitəsinin fevralın 7-də keçirilən iclasının müzakirəsinə təqdim olunub.
Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, Məcəllənin 32-ci maddəsinin 4-cü hissəsinə “fəaliyyətinə xitam verilməsi” sözlərindən sonra “və ya fəaliyyətinin dayandırılması” sözləri əlavə edilsin.
Həmçinin təklif edilir ki, 99-cu maddənin 2-ci hissəsinə “habelə” sözündən əvvəl “hərbi xidmət rejiminin təmin edilməsi” sözləri yazılsın.
Eyni zamanda təklif olunur ki, Məcəllənin 134-cü maddəsinə yeni məzmunda 6-cı hissə - “Hərbi vəziyyət dövründə səfərbərlik planlarına (tapşırıqlarına) uyğun olaraq, əmək məzuniyyəti başqa vaxta keçirilə bilər” hissəsi əlavə edilsin.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub