Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək.
Mynews.az məlumat verir ki, bu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsində nəzərdə tutulub.
Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə “Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir” məzmununda cümlənin əlavə edilməsi təklif edilir.
Qeyd edək ki, bələdiyyələr tərəfindən binalar üzrə yerli vergilərin hesablanması həmin binaların (tikililərin) mülkiyyətçiləri və onların texniki göstəriciləri barədə məlumatların əldə olunmalarını zəruri edir.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-1-ci maddəsinə görə qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyi nəzərdə tutulsa da, Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli qərarı ilə dövlət reyestrindən bu cür məlumatların əldə edilməsinə görə 10 manat məbləğində ödəniş müəyyən olunub.
“Vergiqoyma obyektlərinin böyük əksəriyyətini az miqdarda vergisi olan yaşayış sahələri təşkil etdiyini nəzərə alaraq, dövlət informasiya sistemində saxlanılan məlumatın əldə olunması üçün 10 manat kimi yüksək məbləğin tələb olunması bələdiyyələrin fiziki şəxslərdən yerli vergilərin qanunla müəyyən olunmuş qaydada hesablanması yığılması işini əhəmiyyətli dərəcədə çətinləşdirir.
Yuxarıda deyilənləri nəzərə alaraq, “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1-ci madəsinə ikinci cümlənin əlavə olunması təklif olunur”, - deyə qanun layihəsində vurğulanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub