Azərbaycan və Rusiya bir-birinə ortaq tarix və ortaq gələcəklə bağlıdır.
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bu gün Moskvada iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışında deyib.
“Bugünkü tədbir xatırlanası, müzakirə ediləsi və gələcəklə bağlı planlar qurulacaq məsələlərin olduğunu göstərir. Sərgi Azərbaycanın zəngin mədəni irsini, eləcə də, ölkənin turizm imkanlarını göstərir”, - V.Volodin bildirib.
“Azərbaycan kurortlarının rusiyalıları qəbul etməyə hazır olduğunu bilirəm. Biz isə Azərbaycan vətəndaşlarını Rusiyaya səfərə dəvət edirik”, - o diqqətə çatdırıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub