Dağıstanda yaşayış məntəqələrinin icra orqanlarından tutmuş, respublika səviyyəsində olan məmurlara kimi – bütün məmurların Rusiya hüdudlarını tərk etməsinə qadağa qoyulub, onlar barədə Dövlət Sərhəd Xidmətinə müvafiq məlumatlar ötürülüb.
Bu barədə “Lenta.ru” fevralın 7-də hüquq-mühafizə orqanlarından olan iki mənbəyə istinadən məlumat yayıb.
“Bu gündən Respublikanın dekriminalizasiyası üzrə federal komissiyanın işini bitirəcəyi günə qədər Dağıstanda rəhbər vəzifədə olan bütün şəxslərin ölkə xaricinə getməsinə tam qadağa qoyulub”, – deyə redaksiyanın müsahibi bildirib.
Qeyd edək ki, son xəbərlərə görə, istintaq orqanı və güc strukturlarının əməkdaşları respublikanın bütün nazirliklərində axtarışlar həyata keçirir, külli miqdarda sənədlərin müsadirə olunduğu bildirilir. //oxu.az
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub