Rusiyanın Xabarovsk şəhərində pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçovu öldürməkdə günahlandırılan azərbaycanlı Anar Allahverənovun cinayət işi üzrə məhkəmə dinləmələri başlayıb.
APA-nın RİA "Novosti" agentliyinə A. Allahverənovun vəkili Konstantin Lısenko bildirib ki, hüquqlarını müdafiə elədiyi şəxs özünü günahkar bilmir.
"Anar Allahverənov dalaşdığını etiraf etsə də, qətl törətmədiyini bildirir", - deyə vəkil vurğulayıb.
Qeyd edək ki, ötən il avqustun 20-də rusiyalı idmançı Andrey Draçov Xabarovsk vilayətində azərbaycanlı Anar Allahverənov tərəfindən döyülərək öldürülüb.
Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.
Hadisədən bir müddət sonra Anar Allahverənovun atası Əliyar Allahverənov Xabarovskda yolu keçmək istəyərkən avtomobillə vurularaq öldürülüb.
Yol-nəqliyyat hadisəsinin qisas olub-olmadığı da istintaq tərəfindən araşdırılan versiyalar sırasındadır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub