Stilist Anar Ağakişiyevin üzü yanmış xanımı makiyaj etdiyi video böyük səs-küy doğurub.
Mynews.az-ın məlumatına görə, stilist “5/5” verilişində həmin Nərmin adlı xanımla bağlı açıqlamalar verib.
Əvvəlcə qadının yanmasının səbəbindən danışan Anar daha sonra onun yaxın günlərdə plastik əməliyyat ediləcəyini söyləyib:
“Xanım özü məni tapdı. Ondan əvvəl ləkəli bir üz paylaşmışdım. Bu xanım mənə məktub yazdı, şəklini göndərdi və həyatını danışdı. Yazdı ki, illər əvvəl qaz partlayıb, üzü yanıb. Əvvəl onu paylaşmağımı istəmədi, halından utanırdı. Dedim ki, şükür et həyatdasan, insanlar var ölür. Beləcə, paylaşmağa razılaşdı. İndi çox pozitivdir.
Xaricdən bir həkim mənə yazıb və xanımı öhdəliyinə götürüb. Yığılacaq bütün həkimlər, alimlər onu əməliyyat edəcəklər. Bu ona Allah tərəfindən göndərilən bir qismətdir. Mən sadəcə vasitəçi oldum. Həkimdən məktubu alandan sonra onları calaşdırdım”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub