Mynews.az xəbər verir ki, bunu APA-ya MTRŞ-nin Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
Şöbə müdiri bildirib ki, ümumilikdə radionun proqram səbəti olduqca kasaddır: "Radio əsasən xarici musiqilərin səsləndirilməsi ilə məşğuldur. Lisenziya "Avto FM" radiosuna bu cür fəaliyyət üçün verilməyib. Radio yayımını belə davam etdirəcəksə, onun mövcudluğuna ehtiyac qalmayacaq. Çünki bu radio fəaliyyətə başlamazdan əvvəl efirində əyləncəli verilişlər verən, musiqi yayımlayan kifayət qədər radio var idi. "Avto FM" radiosunun yaradılma məqsədi, fəlsəfəsi tamam başqadır. Yayımçı bunu mütləq nəzərə almalıdır".
T. Dadaşov qeyd edib ki, bu barədə Şura sədri Nuşirəvan Məhərrəmli tərəfindən "Avto FM"ə şifahi şəkildə ciddi xəbərdarlıq edilib: "Kanala bildirilib ki, qısa müddət ərzində fəaliyyətində ciddi dönüş müşahidə edilməsə, müvafiq tədbirlər görülə bilər. Hazırda radionun fəaliyyəti monitorinq nəzarətindədir".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub