Ukrayna Milli Polisi yerli kriminal dairələrdə azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) nüfuzunun artmasından narahat olub. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Ukrayna polisinin rəis müavini Vyaçeslav Abroskin açıqlama verib.
“Zəmanə dəyişir. İndi “qanuni oğru”ıar fahişəlik, narkotik və silah ticarəti, oğurluq, qanunsuz miqrasiya və s. ilə deyil, həm də tikinti biznesi, əmlak məsələləri, dövlət satınalmaları ilə də maraqlanır”.
Abroskin Lotu Qulini müasir qanqster adlandırıb.
“Azad olunduqdan sonra Nadir Səlifov Ukraynaya da öz təsirini yayır. Meyvə-tərəvəz anbarlarında çalışan erməni və ukraynalı şəxslər oğurlanıb. O, MDB məkanındakı göyərti bazarını ələ almaq istəyir. Bu, xırdalıq kimi görünsə də, söhbət böyük pullardan gedir”.
Abroskin “Lotu Quli”nin Ukraynaya ayaq açmaması üçün çalışacaqlarını deyib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub