Bakıda avtobus və metroda gediş haqlarının ödənilməsi üçün istifadə edilən nəqliyyat kartlarının balansını artırarkən istifadəçilər "BakıKart" aparatları 1, 3 və 5 nominallı qəpikləri qəbul etmir.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə narazılığın ifadə edildiyi və bunun milli valyutamıza hörmətsizlik kimi dəyərləndirildiyi müzakirələr zamanı məsələyə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev aydınlıq gətirib.

Onun sözlərinə görə, bu məsələ tez tez gündəmə gətirilir və hər dəfə BNA-nın mövqeyi açıqlanır: "Əvvəla onu qeyd edim ki, 1, 3, 5 qəpik metal sikkələrin "BakıKart" satış yükləmə aparatları tərəfindən qəbul edilməməsi metal sikkələrə hər hansı münasibətdən irəli gəlmir. Məsələyə sırf texniki baxımdan yanaşmaq daha münasibdir. Digər bir məsələ, hər bir layihəyə başlamazdan əvvəl uyğun analizlər aparılır, onun texniki və maliyyə xüsusiyyətləri müəyyən edilir. "BakıKart" layihəsi reallaşarkən sərnişinlər tərəfindən istifadə edilən qəpik metal sikkələr və əskinaslar araşdırılıb. Layihə çərçıvəsində tədavüldə daha çox olan 10, 20, 50 qəpiklik sikkələrin və 1, 5, 10, 20, 50, 100 manatlıq bütün kağız əskinasların avadanlıqlar tərəfindən qəbul edilməsinə qərar verilib".
Bununla yanaşı BNA-nın sözçüsü əlavə bildirib ki, "BakıKart" layihəsi çərçivəsində "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən, rezidentlər arasında milli valyuta ilə hesablaşmaların aparılmasına heç bir məhdudiyyət qoyulmur.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub