Nəsimi rayonunun 22-ci bölməsinin polis əməkdaşları olduqca kuryoz və eyni zamanda, çətin bir vəziyyətə düşüb.
İndiyə kimi heç kim bölməyə belə bir ərizə ilə müraciət etməyib. Qadın hüquq-mühafizə orqanı əməkdaşlarından yoxa çıxmış sevgilisini tapmağı, onu xoşbəxt etməyi xahiş edib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, fevralın 7-də 32 yaşlı Bakı sakini (adi etik dəyərlərə görə gizli saxlanılır) polis bölməsinə müraciət edərək, onunla bir evdə yaşayan Biləsuvar rayon sakini, 20 yaşlı N.Qasımovun dörd gün əvvəl evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.
Polis əməkdaşları hesab edir ki, sözügedən gənc, sadəcə, münasibətlərdə bir qədər fasilə etmək qərarına gəlib və yaxın zamanda vətəndaş nikahında olduğu qadının yanına qayıdacaq.
Bölmənin əməkdaşları hər ehtimala qarşı qadının ərizəsini qeydiyyata alaraq, axtarışlara başlayıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub