Fevralın 9-da Milli Məclisin (MM) Səhiyyə komitəsinin növbəti iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunun təkmilləşdirilməsinə dair dinləmələr başlayıb.
Mynews.az-ın xəbərinə görə, MM-in Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib ki, bu gün son dərəcədə mühüm bir məsələnin - orqan və toxumaların transplantasiyası məsələsinin müzakirəsinə toplaşılıb:
“Çünki bu məsələ hər zaman həm mətbuatda, həm komitəmizdə, həm də plenar iclaslarda ciddi müzakirə olunmaqdadır. Bu məsələ bir an olsun belə, gündəmdən düşmür”.
Komitə sədrinin sözlərinə görə, transplantasiya, ümumiyyətlə, bu gün təbabətin bütün sahələrində istifadə olunur:
“Ancaq bu sahədə qanunların, digər qanunvericilik aktlarının olması və yenilərinin işlənilib qəbul edilməsinə ciddi ehtiyac var. Çünki bu sənədlərsiz məsələnin düzgün həyata keçirilməsi, həlli mümkün deyil”.
Akademik qeyd edib ki, bu gün ölkədə çox uğurla sümük iliyinin, ürəyin, böyrəyin transplantasiyası həyata keçirilir:
“Ancaq bunlar sayca yetərli deyil. Bununla bağlı müraciətlər həddindən artıq çoxdur, transplantasiya olunanların isə müraciət edənlərlə müqayisədə sayı xeyli azdır...”
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub