Gənc şair Eminquey Akif “Quran” kitabını cırması ilə məsələyə aydınlıq gətirib.
Mynews.az oxu.az-a istinadən xəbər verir ki, o, sosial media hesabında dini xurafata çevirənləri lağa qoyduğunu deyib:
“Quran” da o biri kitablar kimi, adi mətbəədən çıxır, eyni materialdan hazırlanır. İllərlə “Quran” kitabını evinin gündəyməz yerində saxlayan adamlar indi ortaya çıxıblar ki, “Quran”ı cırmaq olmaz.
“Quran”ı da bütün kitablar kimi dəstəmazsız, qüsulsuz, çox rahat şəkildə oxumaq olar. Hətta yadınızda qalsın deyə hansısa vərəqini qatlaya da, qeydlər apara da bilərsiniz. Nəinki onu evin bir küncünə qoyub müqəddəs deyə ondan uzaq düşmək.
Mən statusda “Quran”ı səhvən və ya qəsdən cırdığımı qeyd etməmişəm. Bununla belə, heç kim soruşmadan birmənalı fikir yürüdür. Necə ola bilər ki, “Quran”ın səhifəsini cıran adam onun içindəki ayələrdən birini də oxumasın. Ümumiyyətlə, mən evimizdə olan ərəbcədən və dörd növ tərcümədən ibarət “Quran” kitabının heç bir vərəqini belə cırmamışam. Demək istədiyim odur ki, kitabdan qorxmaq lazım deyil.
Mən özüm doqquz il namaz qılmışam. Atam da namaz qılan olub, anam da namaz qılır. Heç biri inanclı insanı təhqir etməyi düşünmürəm. Çünki özüm də inanclı adamam. Yalnız dini xurafata çevirənlərlə məzələnə bilərəm. Necə ki, bizdən qabaqkı yazıçılar da kifayət qədər tənqid ediblər.
İnsanın içində qorxu yoxdursa, apar tulla. Amma bu qorxu bəndələrdən deyil. Allah “Quran”da buyurur: Heç kimin önündə əyilmə, həmişə özünü dik tut. Yəni onlar da sənin kimi insandırlar. Onları da Allah yaradıb. İnsanlardan niyə qorxmalıyam ki?”
13:02
Gənc şair Eminquey Akifin “Facebook” hesabındakı son statusu sərt reaksiyalara səbəb olub.
Oxu.Az xəbər verir ki, şair istehza ilə “Quran”ın vərəqini cırdığını etiraf edib:
“Oturub gün sayıram ki, meymuna çevriləcəm, ya da ev başıma uçacaq… Qorxuram”.
E.Akifin statusunu bəzi izləyiciləri qınasa da, digərləri ona elə istehza ilə dəstək olublar.