Lənkərandan "Səni axtarıram"a qatılan Sədəf adlı qadın 1978-ci ildə (15 yaşı olarkən) həyat yoldaşından dünyaya gətirdiyi oğlan övladını başqa ailəyə verdiklərini və indi o övladına qovuşmaq istədiyini bildirib.
Mynews.az Milli.Az-a istinadən xəbər verir ki, verilişin bundan öncəki buraxılışında əlaqə yaradan Sədəfin həyat yoldaşı onunla 1979-cu ildə ailə qurduğunu və elə bir övladının olmadığını deyib.
Atanın bu açıqlaması Xoşqədəm və ekspertləri şübhələndirib.
Aparıcı qadına "Kişi deyir ki, mən həyat yoldaşımla 1979-cu ildə evlənmişəm. Uşaq amma 1 il əvvəl doğulub" deyə reaksiya verib.
Qadının yalanına çox da göz yuma bilməyən Xoşqədəm Sədəfin nikahdan öncə bu uşağı dünyaya gətirdiyini və onun başqa kişidən olduğunu açıqlayıb. Aparıcının kəskin reaksiyasını görən qadın həqiqəti etiraf edib.

Qadının özü ilə verilişə gələn iki oğlundan birinin gülüşü isə kameraların obyektivindən qaçmayıb.
Qeyd edək ki, Sədəfin həyat yoldaşından 3 qız, 3 oğlan övladı var.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub