Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

577
Üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinət artırılacaq

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası 2018-2019-cu illərdə uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi, birgə monitorinqlərin təşkil edilməsi öhdəliyini öz üzərlərinə götürüblər.

Mynews.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında bağlanan 2018-2019-cu illər üçün Baş Kollektiv Sazişdə əksini tapıb.

Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyasının bu istiqamətdə 2018-2019-cu illər üzrə götürdükləri öhdəliklər sırasında ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması, ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrində təhsil alan tələbə və şagirdlərin yataqxana ilə təmin olunması məqsədi ilə təkliflərin hazırlanması, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın icrası istiqamətində tədbirlərin davam etdirilməsi, uşağın 3 yaşı tamam olanadək qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin qadınların əmək və sığorta stajına daxil edilməsindən ötrü müvafiq qanunvericilikdə dəyişikliklər etmək, Beynəlxalq Əmək Təşkilatının "Sosial təminatının minimum normaları haqqında" 102 nömrəli Konvensiyasının ratifikasiyasını sürətləndirmək, üç yaşınadək uşağa qulluqla əlaqədar verilən müavinətin artırılması ilə bağlı tədbirlər görmək də var. 

Xəbər lenti