Müasir Müsavat Partiyası Siyasi Şurasının iclası keçirilib.
Mynews.az Trend-ə istinadən xəbər verir ki, iclasda çıxış edən partiya sədri Hafiz Hacıyev qarşıdakı Azərbaycan Prezidenti seçkilərindən danışıb.
O qeyd edib ki, prezident seçkilərinin aprel ayında keçirilməsi qanunvericiliyə uyğundur: "Seçkilər ölkənin Konstitusiyasına uyğun keçiriləcək. Bəzi özlərini müxalif adlandıran, "Soros" və digər xarici qüvvələrdən, ermənilərdən maliyyələşən qüvvələr Azərbaycana qarşı qarayaxma kampaniyası aparır. Biz buna imkan verməyəcəyik".
Daha sonra iclasın gündəliyi təsdiqlənib. İclasın gündəliyinə əsasən, Müasir Müsavat Partiyasından prezident seçkilərində namizədin irəli sürülməsi müzakirə edilib. Müzakirələrdən sonra partiya sədri H.Hacıyevin prezidentliyə namizədliyinin irəli sürülməsi təklif olunub.
Təklif səsə qoyulub və H.Hacıyevin Müasir Müsavat Partiyasından prezidentliyə namizədliyinin irəli sürülməsi qəbul olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub