Azərbaycanın daha bir məşhur idmançısı dopinqdən istifadə etdiyinə görə, yarışlardan uzaqlaşdırılıb.
Mynews.az xəbər verir ki, Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) oxu.az-a daxil olan məlumata görə, bu həndbolçu Səbinə Nuriyevadır.
AMADA ona qarşı 48 aylıq sanksiya tətbiq edib.
33 yaşlı idmançıdan alınmış nümunələrdə qadağan edilmiş maddə və ya onun metabolit, yaxud markerlərinin mövcudluğu təsbit olunub. Onun orqanizmində boldenon və boldenon metaboliti aşkarlanıb.
Cəza 2017-ci il oktyabrın 23-dən qüvvəyə minib.
Qeyd edək ki, Səbinə Nuriyeva “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub