Astaranın Şahağacı kəndində tələbənin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az ARB TV-ə istinadən xəbər verir ki,"Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Bu səbəbdən sürücü maneədən yayınmaq istəyib. Onun kənara çəkdiyi nəqliyyat vasitəsi dirəyə çırpılıb.
Nəticədə sərnişinlər 18 yaşlı Sahil Rüstəmov və onun həmyaşıdı Ağamoğlan Cabbarov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hər iki yaralı Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, Sahil Rüstəmovun həyatını xilas etmək mümkün olmayıb. Ağamoğlan Cabbarovun vəziyyəti isə ağırdır.
Qeyd edək ki, Sahil Rüstəmov evin tək oğul övladı olub. Onun Bakıda yerləşən universitetlərdən birinin tələbəsi olduğu bildirilir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub