"Bayıl yamacında sürüşmə sahəsində vəziyyət ciddidir, hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür".
Bunu Bayılda sürüşmə baş verən ərazidən köçürülən sakinlərlə görüşdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
Rayon İH başçısı bildirib ki, hazırda danışıqlar gedir, gələn həftənin əvvəlində evlərindən köçürülən sakinlərə kirayə pulları veriləcək.
E. Əzizov yaşamaq üçün yeri olmayan sakinlərə orta məktəbdə yer ayrıldığını, onların gündə 3 dəfə isti yeməklə təmin olunduğunu da açıqlayıb.
Səbail RİH başçısı Bayıl yamacının aşağı hissəsində, sürüşmə sahəsində yaşayan digər sakinlərin də ərazidən köçürülməsi üçün göstəriş verib.
///APA
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub