Klassik Xalq Cəbhəsi Partiyasında (KXCP) funksioner istefa verib.
Mynews.az-ın PressClub.Az-a istinadən məlumatına görə, partiyanın Nəsimi rayon təşkilatının sədri Südeyif Sadıqlı qurumdan istefa verdiyini açıqlayıb: "KXCP Nizami rayon şöbəsinin sədri olaraq partiya sıralarından istefa verirəm". S.Sadıqlı bunun səbəbini açıqlamayıb.

PressClub.Az-ın əldə etdiyi məlumata görə isə istefanın səbəbi KXCP sədri Mirmahmud Mirəlioğlunun prezident seçkilərinə namizədliyini verməsidir. Bildirilir ki, partiya funksionerlərinin əksəriyyəti Mirmahmud Mirəlioğlunun seçkilərə qatılmasının əleyhinədir. Onlar partiyanın boykot yolu tutmasının tərəfdarıdırlar. Mirəlioğlu isə onlarla razı olmadığından, istefaya getməkdədirlər. Məlumata görə, bundan sonra bir neçə şəxs də istefa verməyi düşünür.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub