Türkiyə ordusunun PYD, YPG və İŞİD terrorçularına qarşı əməliyyat keçirdiyi Suriyanın Afrin bölgəsində fevralın 10-da şəhid olmuş türk hərbçilərinin sayı 11 nəfərə çatıb.
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə SH Baş Qərargahının son məlumatında bildirilir. Məlumata görə, ötən gün ərzində gedən döyüşlərdə daha 4 hərbçi həlak olub, daha 2 nəfəri isə yaralanıb. Gün ərzində PYD, YPG və İŞİD terrorçu qruplaşmalarının 13 üzvü məhv edilib.
Baş Qərargahın bundan əvvəl yayılan məlumatında gün ərzində 7 hərbçinin şəhid olduğu bildirilmişdi.
Qeyd edək ki, əməliyyatın keçirildiyi dövrdə Türkiyə ordusu məhz ötən gün ən çox şəhid verib. Ümumilikdə isə, Türkiyə ordusu indiyədək Afrində 30 şəhid verib, 70-dən çox hərbçi isə yaralanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub