132-134 saylı orta məktəbdə şagirdlərlə bağlı yaşanan məlum hadisədən sui-istifadə etmək istəyənlər peyda olub.
Cebhe.info xəbər verir ki, məlum hadisənin videogörüntüsü Facebook sosial şəbəkəsində Qafarov Murad adlı istifadəçi tərəfindən satışa çıxarılıb. Qeyd edək ki, Qafarov Murad adlı istifadəçi məlum videogörüntünü 2 manatlıq kontur qarşılığında göndərəcəyini bildirib.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 171-1.1 bəndinə uyğun olaraq, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratmaq, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama 8 min manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan mərhum etmə cəzası nəzərdə tutulur.

1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub