Bəzi xəbər saytlarında Mingəçevir şəhərində manyakın peyda olduğu və gənc qadınlara yaxınlaşaraq onları qorxutması barədə məlumatlar yer alıb. Dərc olunan xəbərdə bir qızın manyak tərəfindən qorxudulduğu və daha sonra qaçaraq gözdən itdiyi bildirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən verilən məlumata görə, bu hadisə ilə bağlı Mingəçevir Şəhər Polis Şöbəsinə hər hansı şikayət və yaxud müraciət daxil olmayıb. Şəhər ərazisində vətəndaşların hüquq və azadlıqları təmin olunur, sabitlik yüksək səviyyədə qorunur:
"Bir daha bildiririk ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Sakinlərdən və şəhərin qonaqlarından hər hansı bir xoşagəlməz halla rastlaşdıqları təqdirdə Mingəçevir ŞPŞ-yə və ya DİN-in "102 Zəng Mərkəzi"xidmətinə müraciət etmələri, bu barədə müvafiq məlumat vermələri xahiş olunur".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub