“Yeşilçam” ulduzu Perihan Savaş 1995-ci ildə vəfat edən aktyor Yılmaz Zaferə Sevgililər günü məktubu yazıb.
Mynews.az Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 6 il evli qaldığı ərini hələ də sevdiyini etiraf edib:
“Gözəl həyat yoldaşım, mənə eşqin nə demək olduğunu öyrədən adam. Məni və yeganə oğlumuz Savaşı yarı yolda qoydun, amma ikimiz də göy üzünə baxanda sənin gülər üzünü görürürk. Sənin üçün çox darıxmışam. Mənə gözəl olan hər hissi yaşatdığın üçün sənə sonsuz təşəkkür edirəm. Nur içində yat, gözəl ürəkli insan. Oğlumuz mənə əmanətdir”.
Qeyd edək ki, Yılmaz Zafer 1995-ci ildə - 39 yaşında infarkt keçirdikdən sonra ağır xəstəliyə düçar olmuş və dünyasını dəyişmişdi.


1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub