Astarada yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə rayon ərazisində reyd keçirilib.
Mynews.az-ın məlumatına görə, DİN mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev açıqlamasında bildirib ki, reyd zamanı əsasən istismar müddəti başa çatmış, eləcə də texniki cəhətdən nasaz vəziyyətdə idarə olunan avtonəqliyyat vasitələri aşkarlanaraq barələrində inzibati protokol tərtib edilib.
Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən eyni zamanda sürücülər tərəfindən törədilən digər kobud qayda pozuntuları da qeydə alınıb. Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edən, azyaşlı uşağı ön oturacaqda əyləşdirən, nəqliyyat vasitəsində kobud konstruksiya dəyişiklikləri edən və avtomobilə əlavə qurğular quraşdıranlar aşkarlanıb.
Reyd zamanı sərnişindaşıma üçün nəzərdə tutulan mikroavtobusda mal-qara daşıyanlara da rast gəlinib. Sürücülərin hər biri qayda pozuntularını müxtəlif səbəblərlə izah etməyə çalışıblar. Bu cür faktların qaşısının alınması və yollarda sürücülərin, eyni zamanda sərnişinlərin təhlükəsizliyinin təmini məqsədini daşıyan reydlər bundan sonra da davam etdiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub