“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsi ilə əlaqədar dövri mətbuatda səslənən, yazılı və şifahi şəkildə daxil olan müraciət və təklifləri sistemləşdirmək və təhlil etmək üçün ixtisaslı dilçi alimlərdən ibarət işçi qrupu yaradılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasından Mynews.az-a verilən məlumata görə, İşçi qrupu “Azərbaycan dilinin Orfoqrafiya Qaydaları”na dair təkliflərin statistikasını tərtib edəcək, irəli sürülən mülahizələrin müəlliflərini və mənbələrini əks etdirən arayış hazırlayacaq.
İşçi qrupunun imzaladığı məlumatlar toplusu baxılıb müzakirə olunmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyasına təqdim ediləcək.
AMEA Orfoqrafiya Komissiyasının tərkibinə ölkəmizin tanınmış dilçi alimləri – akademiklər və müxbir üzvlər, filologiya üzrə elmlər doktorları, professorlar daxildir.
Təqdim olunan təkliflər paketi Orfoqrafiya Komissiyasının iclaslarında mütəxəssislərin iştirakı ilə geniş şəkildə müzakirə olunduqdan sonra qəbul edilən dəyişikliklər təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Azərbaycan dilinin Orfoqrafiya lüğətinin hazırlanıb nəşr edilməsi üçün Respublika Nazirlər Kabinetinin qəbul etdiyi qərar əsas hüquqi sənəd olacaq.
Orfoqrafiya Qaydalarının hazırlanması üçün əsas meyar yalnız Azərbaycan dilinin daxili inkişaf qanunauyğunluqlarından, geniş mənada azərbaycançılıq prinsipindən ibarətdir.
“Azərbaycan dilinin Orfoqrafiya Qaydaları” layihəsinə dair əlavə rəy və təkliflər yazılı şəkildə AMEA Nəsimi adına Dilçilik İnstitutuna təqdim oluna bilər.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub