Paytaxtın Hövsan qəsəbəsi - “28 may” metrosu istiqamətində fəaliyyət göstərən 175 saylı avtobusla bağlı redaksiyamıza müraciət daxil olub.
Müraciətdə bildirilir ki, avtobus nəğdsiz ödənişə keçdikdən sonra sərnişinlər arasında narazılıq yaranıb. Belə ki, əvvəllər sərnişinlər qəsəbə daxilində 20 qəpik, xaricində isə gediş haqqı olaraq 30 qəpik ödəyirdilərsə, vahid kart sistminə keçdikdən sonra standart olaraq 30 qəpik ödəməli olurlar. Bu da məsafəyə görə gediş haqqlarının dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hələlik əsas hədəf kart sisteminə keçidi tam olaraq təmin etməkdir. Sistem tam olaraq tədbiq olunduqdan sonra bu kimi məsələlərə baxılacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub