Bilməyərəkdən yalan məlumat yayan saytlar daha sonra bununla bağlı təkzib verirsə, onlara qarşı hansı bir cəza mexanizmi nəzərdə tutulur?
İki Sahil” qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü, Mətbuat Şurası İdarə heyətinin üzvü, «Əməkdar jurnalist», Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı Vüqar Rəhimzadə sualın cavabı ilə bağlı Metbuat.az-a açıqlamsında bildirib ki, belə hallar tez-tez yaşanır:
“Saytlar məlumat yayarkən diqqətli olmalıdır. Yalan məlumatı bilməyərəkdən yaymaq çox nadir hallarda olur. Əksər saytlar bilərəkdən yalan məlumat yayırlar. Sayt öz səhvini etiraf edirsə, Mətbuat Şurasında bununla bağlı ciddi bir qərar qəbul olunmur. Sadəcə, gələcəkdə bu cür halların təkrarlanmaması üçün tövsiyə olunur. Dediyim kimi, əksər saytlar ilkin mənbə kimi bilərəkdən yalan məlumatı paylaşır, digər saytlar da ondan götürür. Sonradan birinci mənbə xəbəri silsə də, digər saytlardan onun çıxarılması problemə çevrilir. Dəqiqləşdirilməmiş məlumatların yayılması çox ciddi məsələlərdən biridir. Saytların bu məsələdə diqqətli olması vacibdir”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub