""Azərenerji”nin kapital strukturunda əvvəl olduğu kimi yenə də yüksək risklərin olduğunu düşünürük.
"APA-Economics” xəbər verir ki, bu barədə "Standard&Poors” beynəlxalq reytinq agentliyi "Azərenerji” ASC-nin reytinqi ilə bağlı yaydığı məlumatda qeyd olunub.
Bildirilir ki, buna səbəb "Azərenerji”nin borc öhdəliklərinin 85%-nin xarici valyutada olması və şirkətin məzənnədəki dəyişiklik riski ilə hələ də üz-üzə qalmasıdır. "Bu riski kompensasiya etmək üçün şirkətə xarici valyutada heç bir əsaslı pul axını mövcud deyil. Düşünürük ki, "Azərenerji”yə hökumət tərəfindən hazırkı müstəsna maliyyə dəstəyi olmasa, növbəti üç il ərzində şirkət yüksək borc öhdəliklərini yerinə yetirməkdə və 1 milyard manat (600 mln. dollar) həcmindəki əsaslı investisiya ehtiyacını təmin etməkdə çətinliklə üzləşəcək. Belə başa düşürük ki, Strateji Yol Xəritələrinə uyğun olaraq "Azərenerji” aktivlərinin keyfiyyətini artırmaq üçün kapital qoyuluşu planlayır. Eyni zamanda, şirkətin xərc strukturu da yaxşılaşıb və bizim 2018-ci il üçün baza ssenarimizə əsasən deyə bilərik ki, "Azərenerji” 2017-ci illə müqayisədə əməliyyat fəaliyyətindən daha stabil gəlir əldə edəcək. Bu isə 2015-ci ilə müqayisədə 2 dəfə çoxdur,” – deyə məlumatda qeyd olunub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub