Prokurorluq işçilərinin pensiyaya çıxmaq yaşı artırılır.
Mynews.az Modern.az-a istinadən məlumatına görə, bununla bağlı "Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunun 32.4-cü maddəsinə (Prokurorluqda qulluq keçmənin yaş həddi) dəyişiklik edilir.
Belə ki, yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.
Hazırki qanunvericilikdə isə qeyd edilib ki, yaş həddi çatanadək prokurorluqda azı 25 il qulluq etmiş işçilər xidmət illərinə görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər.
Qanuna dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin fevralın 20-də keçiriləcək komitə iclasında müzakirə ediləcək.
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub