Bakı sakini oğurladığı avtomobillə Şirvanda yaxalanıb.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, paytaxt sakini Elməddin Ağalarov Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə "VAZ-2106" markalı avtomobilinin qaçırıldığı barədə müraciət edib. Müraciət aidiyyəti üzrə Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə göndərilib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobilin Şirvan şəhəri ərazisində olduğu müəyyən edilib. Şirvan ŞPŞ-nin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində həmin avtomobil sürücü ilə birlikdə saxlanılaraq şöbəyə gətirilib.
Ətrafında aparılan araşdırmalar nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin paytaxtın Xətai rayon sakini, 31 yaşlı Samir Məhərrəmov olduğu müəyyən edilib. Onun Elməddin Ağalarovun qonşusu olduğu üzə çıxıb.
Samir Məhərrəmov (saxlanılan şəxs): "İçkili olmuşam. Həmişə götürüb sürdüyüm maşındır. Özündən də istəsəm, bu dəqiqə verərdi".
Faktla bağlı araşdırma aparılır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub