Son statistika göstərir ki, boşanmaların sayı durmadan artır.
Belə ki, 2017-ci ildə ölkədə 14 514 boşanma halları qeydə alınıb.
2016-cı ildə bu rəqəm 13 114 olub. Rəqəmlərə baxdıqda məlum olur ki, ölkədə boşanmaların sayı 10,8% artıb.
Bəs görəsən, boşanmalar nədən qaynaqlanır?
Məsələ ilə bağlı Psixi Sağlamlıq Mərkəzinin uzmanı, Ailə və Yeniyetmə psixoloqu, psixoterapevt Xudaverdi Məmmədovun Oxu.Az-a bildirdiyinə görə, araşdırmalar zamanı müəyyən edilib ki, ən çox boşanma faktı nikahın ilk beş ilində qeydə alınır.
X. Məmmədov ailələrin boşanma səbəblərini də açıqlayıb.
“Cütlüklər, əsasən, iqtisadi vəziyyət, alternativ həyat axtarma, ortaq maraqların olmaması və xəyanətlərə görə ayrılırlar”.
Psixoloq gənc ailələrə məsləhətlər də verib:
“Sağlam ailə bünövrədən qurulmalıdır. Cütlüklər hər gün bir-biri ilə ortaq maraqlarından danışmalıdırlar.
Onu da bildirmək istərdim ki, intim həyat ailə münasibətlərini gücləndirən amillərdəndir”.
Ətraflı videosujetdə:
1
Flora Kərimova xəstəxanadan evə buraxıldı
352 dəfə oxunub
2
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
152 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
151 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
151 dəfə oxunub
5
İyunun ən isti günü: Britaniyada 50 illik rekord təzələndi
150 dəfə oxunub