Dövlət Miqrasiya Xidmətinin (DMX) Dövlət Təhlükəsizlik Xidməti (DTX) ilə birgə fevralın 12 və 14-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 24 nəfər Hindistan, bir nəfər Pakistan və bir nəfər Türkmənistan vətəndaşı olmaqla, ümumilikdə 26 əcnəbi saxlanılıb.
DMX-dan Mynews.az-a verilən məlumata görə, araşdırma zamanı 17 nəfər Hindistan, bir nəfər Pakistan və bir nəfər Türkmənistan vətəndaşının ölkə ərazisində olma və yaşama qaydalarını pozduğu, yeddi nəfər Hindistan vətəndaşının ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə əməl etmədiyi məlum olub.
Eyni zamanda, Hindistanın Qucarat əyalətində fəaliyyət göstərən Mehbub adlı şəxsin Azərbaycandakı əlaqələndiricisi Nirav Dineshkumar Patel vasitəsilə Hindistan vətəndaşlarının ölkəyə göndərilməsini və burada yerləşdirilməsini təşkil etdiyi müəyyən edilib.
Qeyd olunan şəxslər Hindistan vətəndaşlarını aldadaraq yüksək aylıq əməkhaqqı olan iş yeri vəd etməklə, Azərbaycan Respublikasında leqallaşacaqlarına inandırıb və dələduzluq yolu ilə müəyyən məbləğdə pul vəsaitlərini mənimsəyiblər.
N.D.Patel aldadılaraq ölkə ərazisinə gətirilən Hindistan vətəndaşlarını Bakı şəhərinin Yasamal və Nəsimi rayonları ərazisindəki müxtəlif ünvanlarda yerləşdirib, özü isə məqsədli şəkildə Gürcüstan istiqamətində Azərbaycan Resublikasını tərk edib.
Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində qeyd olunan şəxslər tərəfindən Hindistan vətəndaşlarının Azərbaycan Respublikasına gətirilərək qanunsuz miqrantlara çevrilməsi və neqativ miqrasiya kanalının təşkil edilməsi cəhdinin qarşısı alınıb.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub