Nazirlər Kabinetinin (NK) Bayıl sürüşmə zonasında evi olan sakinlərin kirayə mənzillərə köçürülməsi ilə bağlı sərəncam verdiyi bu gün rəsmi rəsmən təsdiq olundu.
Nazirlər Kabinetinin -nın mətbuat xidmətinin rəhbəri Akif Əli KİV-ə açıqlamasında müvafiq sərəncamın baş nazir Artur Rasi-zadə tərəfindən imzalandığını bildirib. Sərəncamla, 98 ailənin (ailə tərkibinə uyğun olaraq) müvəqqəti kirayə evlərdə yerləşdirilməsi üçün vəsait ayrıldığını bildirmişdi.
Mynews.az xəbər verir ki, Bizim Yol kirayə haqqı üçün sakinlərə ayrılan vəsaitin məbləğini dəqiqləşdirib. Məlun olub ki, hər bir kirayə köçürülən ailə(ev) üçün 250 manat kirayə haqqı müəyyən edilib.Sakinlər isə bu məbləğə etiraz edərək, 250 manatın 1 otaqlı kirayə evin qiyməti olduğunu bildirib.
Sakinlər ucnoqta.az saytına bildiriblər ki, Bayıl sürüşmə zonasında köçürülən ailələrin ailə tərkibi demək olar hamısında, azı 3-4 nəfərdir. Bunlar necə ola bilər ki, bir otaqda kirayə qalsın. Burada evli olan, yanında atası-anası, bacısı, qardaşı olan var. Bu məsələ həll edilməlidir.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub