Bu gün səhər Ələt-Astara avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən hissəsində 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağir yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, Masallı sakini, 57 yaşlı Şəmsəddin Babayevin idarə etdiyi mikroavtobus hərəkətdə olarkən 57 yaşlı Bakı sakini Natiq Əliyevin idarə etdiyi avtokranla toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini - 17 yaşlı Şəbnəm Musayeva və 18 yaşli Asif Qardaşov aldıqları ağır xəsarətlərdən hadisə yerində keçiniblər. Daha 2 sərnişin - 50 yaşlı Gülzar Nurəliyeva və 30 yaşlı Amin Ağarəhimov Salyan Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
XXX
Xəbər verdiyimiz kimi, bu gün səhər 6 radələrində Ələt-Astara-İran sərhədi avtomobil yolunun Salyan rayonunun Yenikənd kəndindən keçən 38-ci km-də 2 nəfərin ölümü, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Mynews.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qəzada ölənlərdən biri 18 yaşlı Asif Vaqif oğlu Qardaşov BDU-nin tələbəsi olub. Mərhum 1-ci kursda oxuyurmuş.
Bu barədə Jurnalistika fakultəsinin dekanı Əliyev Vüqar bildirib.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub