“Nargis” nəşriyyat evinin rəhbəri Ülviyyə Mahmudova “Metropark” əyləncə mərkəzində yerləşən “Park Cinema”nı sərt şəkildə tənqid edib.
Mynews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ülviyyə Mahmudova kinoteatrı onun itini məkana buraxmamaqda ittiham edib.
““Park Cinema”nın kinoteatrına gəldim. Mənim sevimli “Karabas”ımı zala buraxmadılar. Bu gündən etibarən “Park Cinema”ya yox, “Gənclik Mall”dakı “Cinema Plus”a gedəcəm. Ümid edirəm ki, heç olmasa onlar ev heyvanlarına yaxşı münasibət bəsləyəcəklər. İstərdim ki, kinoteatrlar pişik, it kimi təmiz, sevimli heyvanların bura qoyulmamağı ilə bağlı qaydalarını yenidən nəzərdən keçirsinlər”,- deyə o vurğulayıb.
Qeyd edək ki, Ü. Mahmudova M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayevanın qızıdır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub