Ağdaş rayonunda baş vermiş dəhşətli qəzada ölən şəxsin prokurorluq əməkdaşı olduğu məlum olub. Mynews.az Lent.az-a istinadən xəbər verir ki, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində su kanalına aşan “Mercedes”də vəfat edən sürücü, Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlu prokurorluq əməkdaşı olub. O, Tovuz rayon Prokurorluğunun müstəntiqi vəzifəsində çalışırmış.
Qeyd edək ki, qəza nəticəsində sürücünün həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Bildirilir ki, qəzaya yağışlı havada yolun sürüşkən olması səbəb olub. Sürücü təhlükəsizlik kəməri taxdığı üçün su kanalına düşən maşından çıxa bilməyib.
*****
10:23
Ağdaş rayonunda içərisində gənc ailənin olduğu avtomobil su kanalına düşüb, sürücü ölüb, həyat yoldaşı və 6 aylıq qızı xəsarət alıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Bakı-Qazax yolunun Ağdaşın Aşağı Ləki kəndindən keçən hissəsində Bakı sakini, 1990-cı il təvəllüdlü Hümbətzadə Oruc Mehbalı oğlunun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, su kanalına düşüb. Nəticədə sürücü hadisə yerində ölüb, onun həyat yoldaşı, 1999-cu il təvəllüdlü Hümbətzadə Mənsumə Bəhruz qızı və qızı, 2017-ci il təvəllüdlü Selcan Hümbətzadə ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
1
Leyla Əhmədova həbs olundu
377 dəfə oxunub
2
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
323 dəfə oxunub
3
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
297 dəfə oxunub
4
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
290 dəfə oxunub
5
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
281 dəfə oxunub